Su kəsintisi
16 dekabr 2025 | 15:04
Hörmətli sakinlər! Bildiririk ki, 17.12.2025-ci il saat 23:00-dan 18.12.2025-ci il saat 18:00-dək magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar təmir-quraşdırma işləri aparılacaqdır.
Aparılacaq işlərlə əlaqədar olaraq Xətai rayonu, Əhmədli yaşayış massivinin bəzi ərazilərində su təchizatında müvəqqəti fasilələr yaranacaqdır. Təmir-quraşdırma işləri başa çatdırıldıqdan dərhal sonra suyun əvvəlki rejimdə verilməsi təmin ediləcəkdir.






