Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi  Əliyev Fizuli Vidadi oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub

27 yanvar 2026 | 17:13
27 yanvar 2026-cı ildə Vətən Müharibəsi şəhidi  Əliyev Fizuli Vidadi oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
 
Anım tədbirində Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, liseyin kursantları, şəhid ataları, rayon ağsaqqalları,  ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə əklil və  gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər