Vətən Müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun xatirəsi yad edilib
29 avqust 2025 | 14:22
29.08.2025-ci ildə Vətən Müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun doğum günündə xatirə lövhəsinin qarşısında xatirəsi yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Milli Məclisin deputatı Qaya Məmmədov, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!






