Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məmmədov Rəşad Asif oğlunun məzarı ziyarət olunub

06 noyabr 2025 | 11:43
06 noyabr 2025-ci ildə Vətən Müharibəsi şəhidi Məmmədov Rəşad Asif oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
 
Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid Vətən övladlarının qəhrəmanlığından söz açıb, onların göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər