Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub
08 dekabr 2025 | 12:53
08 dekabr 2025-ci ildə Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
Anım tədbirində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ataları, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!






