Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Səmədov Elnur Qalib oğlunun məzarı ziyarət olunub

12 mart 2026 | 18:04

12.03.2026-cı ildə Vətən Müharibəsi şəhidi Səmədov Elnur Qalib oğlunun məzarı Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Vüqar Rəhimzadə, rayon ağsaqqalları,  şəhidin yaxınları tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.

Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər