Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi  Şükürlü Elvin Azad oğlunun məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub

22 yanvar 2026 | 12:13
22 yanvar 2026-cı ildə Vətən Müharibəsi şəhidi  Şükürlü Elvin Azad oğlunun anım günündə məzarı rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
 
Anım tədbirində Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, liseyin kursantları, şəhid ataları, rayon ağsaqqalları, məktəblilər, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə əklil və  gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər