Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri  Ağalarlı Toğrul Daşqın oğlu və Əliyev Rüfət Füzuli  oğlunun məzarları ziyarət olunub

07 noyabr 2025 | 12:35
07 noyabr 2025-ci ildə Vətən Müharibəsi şəhidləri  Ağalarlı Toğrul Daşqın oğlu və Əliyev Rüfət Füzuli  oğlunun anım günündə məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirəsi yad edilib.
 
Anım tədbirində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarı önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid Vətən övladlarının qəhrəmanlığından söz açıb, onların göstərdiyi şücaətin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid ailələrin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik!

Keçidlər