Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri  Rüstəmov Rövşən Orxan oğlu və Cəfərli Həmid Kərim oğlunun anım günündə məzarlarını ziyarət olundu

05 oktyabr 2025 | 19:13
05.10.2025-ci ildə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Vətən Müharibəsi şəhidləri  Rüstəmov Rövşən Orxan oğlu və Cəfərli Həmid Kərim oğlunun anım günündə məzarlarını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar edib, ehtiramlarını bildiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!
Keçidlər