Vətən Müharibəsi şəhidləri Ulubəyov Nurəhməd Hacıbəy oğlu və Əliyev Fizuli Vidadi oğlunun anım günündə məzarları ziyarət olundu
08 oktyabr 2025 | 10:59
8 oktyabr 2025-ci ildə Vətən Müharibəsi şəhidləri Ulubəyov Nurəhməd Hacıbəy oğlu və Əliyev Fizuli Vidadi oğlunun anım günündə məzarları rayon ictimaiyyəti tərəfindən ziyarət olunub, xatirələri yad edilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin məzarı üstünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!






