Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində “Dövlət qulluqçusunun etik davranış qaydaları” mövzusunda tədbir keçirilib

21 oktyabr 2025 | 19:35

21.10.2025-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində “Dövlət qulluqçusunun etik davranış qaydaları” mövzusunda tədbir keçirildi.

Tədbirdə dövlət qulluğu sistemində ölkəmizdə aparılan islahatlar çərçivəsində görülən işlər, imzalanan qanunvericilik aktları barədə məlumat verildi. Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamında toxunulan məsələləri, Strategiyaya əsasən mövcud vəziyyətin təhlili barədə məlumatlar iştirak edənlərin nəzərinə çatdırıldı.

Ölkəmizdə aparılan islahatlara uyğun olaraq, RİH başçısı Aparatının əməkdaşlarına vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılmasına diqqətlə yanaşmalarını bildirildi və bu istiqamətdə tapşırıq və tövsiyyələr verildi.

Daha sonra mövzu ətrafında sual-cavab xarakterli müzakirələr aparıldı.

Keçidlər