Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Aygül və Alicanın konsert proqramı təşkil olunub.

24 avqust 2025 | 07:58
23.08.2025-ci il tarixdə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “Musiqili Bakı” festivalı çərçivəsində sevilən müğənni Aygül və Alicanın konsert proqramı təşkil olunub.
Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutub.
Gecədə səhnəyə çıxan ifaçılar musiqi nümunələrini yüksək peşəkarlıqla təqdim ediblər. Çıxışlar tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə isti yay günlərində artıq mütəmadi şəkildə keçirilən bu qəbildən olan tədbirlərin məqsədi paytaxt sakinlərinə mədəni istirahət bəxş etməkdir.
Keçidlər