Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilmişdir

01 oktyabr 2025 | 11:13

Xətai rayonunda 1 oktyabr — Beynəlxalq Ahıllar Günü münasibətilə Xətai Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, EMEDİA GROUP, Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində yaşayan ahıl və ağsaqqal sakinlər üçün xüsusi tədbir keçirilmişdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, rayon ahılları iştirak etmişlər.

Çıxışçılar ahılları bayram münasibətilə təbrik etmiş, onlara uzun ömür və sağlamlıq arzulamışlar. Çıxışlarda qeyd olunmuşdur ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. “Sosial xidmət haqqında” Qanuna əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. Ölkəmizdə ahıl vətəndaşlara göstərilən diqqət və qayğının əsasında Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanist və sosialyönümlü siyasət dayanır. Tədbirin əsas məqsədi yaşlı nəslin cəmiyyətimizdəki rolunu önə çəkmək, onların rifahı və sosial müdafiəsinə yönəlmiş addımları bir daha ictimaiyyətə çatdırmaq olmuşdur.

Tədbir mədəniyyət proqramı ilə davam etmiş, musiqi və rəqs nömrələri təqdim olunmuşdur.

 

Keçidlər