Xətai rayonunda “Əmək Yarmarkası” təşkil olunacaq
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Bakı Regional Məşğulluq Filialı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayonu, Xocalı pr. 64 ünvanında yerləşən Ibis Baku City hotelinin inzibati binasında 17 mart 2026-cı il tarixdə, saat 11:00-dan 13:00-a kimi “Əmək Yarmarkası” təşkil olunacaq.
30 müəssisə tərəfindən 250 vakansiyanın təqdim ediləcəyi “Əmək Yarmarkası”nda işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Ibis Baku City hotelinin inzibati binasına yaxınlaşa bilərlər.
Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və iş şərtləri haqqında daha ətraflı məlumat “Əmək Yarmarkası”nda iştirak edən şəxslərə təqdim olunacaqdır.






