Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər keçirilib

10 dekabr 2025 | 17:54

Xətai rayonunda rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində tibb və mədəniyyət müəssisələrində, Xətai və Əhmədli bələdiyyələrində silsilə tədbirlər keçirilib. Tədbirlər "Konstitusiya və suverenlik ili" çərçivəsində baş tutub.

Tədbirlər məişət zorakılığının qarşısının alınması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə təşkil olunub. Görüşlərdə məişət zorakılığı halları ilə bağlı mövcud qanunvericilik, zorakılıq qurbanlarının tibbi və psixoloji yardıma yönləndirilməsi mexanizmləri, bu istiqamətdə tibb müəssisələrinin rolu, həmçinin qadınlara və gənclərə hüquqlarını tanımaq, zorakılıq halları ilə rastlaşdıqda müvafiq dövlət orqanlarına müraciət qaydaları haqqında ətraflı məlumat verilib.

Silsilə tədbirlərin yekununda iştirakçılara maarifləndirici bukletlər paylanıb, həmçinin məişət zorakılığına qarşı ictimai həmrəyliyin vacibliyi vurğulanıb.

Keçidlər