10 mart 2026-cı il tarixində Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Xətai rayonu ərazisində fəaliyyət göstərən məktəblərin psixoloqları üçün məişət zorakılığından zərər çəkmiş uşaqların müəyyən edilməsi, onlara psixoloji dəstəyin göstərilməsi və bu halların qarşısının alınmasına həsr olunmuş seminar keçirilib. Tədbir rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Seminarda aidiyyəti qurumların nümayəndələri çıxış edərək mövzunun aktuallığını vurğulayıb, məktəb psixoloqlarına məişət zorakılığı hallarının vaxtında aşkarlanması və müdaxilə yolları ilə bağlı tövsiyələr veriblər. Tədbir çərçivəsində məişət zorakılığının hüquqi əsasları, zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası, zorakılığın fəsadları və məktəb psixoloqlarının müdaxilə imkanları barədə təqdimatlar təqdim olunub.