Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Novruz ənənələrinə həsr olunan tədbir keçirilib

13 mart 2026 | 11:19
2026-cı il mart ayının 12-də Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının əməkdaşları Ülvü Abbasov, Ənvər Bayramov, Fidan Əliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbdənkənar fəaliyyətin təşkili” sektorunun əməkdaşları Şəhanə Bağırova və Gülşən Əzimova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, həmçinin mərkəzin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıblar. Bildirilib ki, bu cür tədbirlər gənc nəslin milli irsə bağlılığının möhkəmlənməsində mühüm rol oynayır. Qonaqlar məktəbdənkənar təhsilin və gənclərlə aparılan maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edərək, belə layihələrin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində şagirdlərin hazırladıqları bayram proqramı, müxtəlif çıxışlar və təqdimatlar nümayiş olunub. Bayram ab-havasında keçən tədbirdə iştirakçılar Novruzun ənənələrini əks etdirən səhnəciklər, şeirlər və musiqi nömrələri ilə çıxış ediblər.
Sonda tədbirdə fəal iştirak edən şagirdlər və müəllimlər diplomlarla təltif olunublar.
Keçidlər