Xətai rayonunda “Şanlı Zəfər Salnaməmiz” adlı tədbir keçirilib
4 noyabr tarixində Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr–Zəfər Günü"nə həsr olunmuş “Şanlı Zəfər Salnaməmiz” adlı tədbir keçirilib.
Öncə qonaqlar məktəblilərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi iə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir gündür.O, qeyd edib ki, bu gün xalqımız 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbəni qürurla xatırlayır: Bu Zəfər təkcə Azərbaycan Ordusunun gücünün deyil, həm də xalqımızın birliyinin, milli həmrəyliyinin təntənəsidir. Biz bu zəfəri şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı hesabına qazandıq.”Ramil Mirzəyev çıxışının sonunda vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu tarixi Qələbə xalqımızın əzmini, yenilməzliyini və torpaqlarımıza olan sonsuz sevgisini bir daha nümayiş etdirdi.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, 8 Noyabr Zəfər Günü xalqımızın yenilməz ruhunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin bariz göstəricisidir.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov öz çıxışında döyüş xatirələrini bölüşərək şəhid silahdaşlarını hörmətlə anıb, bu zəfərin asan qazanılmadığını diqqətə çatdırıb.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov şəhid atası kimi çıxış edərək bildirib ki, şəhidlərin əziz xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
Tədbirin davamında şeir müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif olunublar.
Sonda vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqslərdən ibarət bədii hissə təqdim olunub.






