Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunub

18 iyun 2025 | 14:53

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə tibb sahəsində çalışan  səhiyyə işçiləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev iştirakçıları bayram münasibətilə təbrik edib, onların cəmiyyətimizdəki rolundan bəhs edib. O bildirilib ki, tibb işçiləri öz fədakar əməyi, yüksək peşəkarlığı və insani missiyası ilə hər zaman xalqın etimadını qazanıblar. Xüsusilə pandemiya və Vətən müharibəsi dövründə onların göstərdiyi xidmətlər xalqımız tərəfindən dərin minnətdarlıqla qarşılanır.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir, tibb işçilərinin sosial müdafiəsi və şəraiti ildən-ilə yaxşılaşdırılır. Bu isə peşəkar tibbi xidmətinin keyfiyyətini artırır və ictimai etimadı daha da möhkəmləndirir.

Görüşdə çıxış edən tibb işçiləri - M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin şöbə müdiri Afaq Əliyeva, Protez Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov, Referans Klinikasının həkim - cərrahı, peofessor Kənan Yusifzadə, 2 saylı uşaq poliklinikası, baş həkimin müavini Kəmalə Hüseynova və 7 saylı poliklinikanın həkimi Şövqi Zeynalov dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Səmimi və isti şəraitdə keçən tədbirdə iştirakçılar öz peşə təcrübələrini bölüşüb, gənc nəslə vətənə və insana xidmətdə məsuliyyətli olmağı tövsiyə ediblər.

Sonda tibb sahəsində səmərəli fəaliyyət göstərən partiya üzvləri  fəxri fərmanla təltif olunublar.

Tədbir xatirə şəkilləri ilə yekunlaşıb.

Keçidlər