Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tədris ilinin başlanması və "Bilik Günü" münasibətilə Xətai rayonunun təhsil müəssisələrində təntənəli tədbirlər keçirilib

15 sentyabr 2025 | 14:13

Sentyabrın 15-də yeni tədris ilinin başlanması və "Bilik Günü" münasibətilə Xətai rayonunun bütün təhsil müəssisələrində təntənəli tədbirlər keçirilib.

Ənənəvi olaraq hər il olduğu kimi, bu il də rayonun ümumi təhsil müəssisələrində keçirilən tədbirlər şagirdlər, müəllimlər və valideynlər üçün əlamətdar və sevincli bir günə çevrilib. Məktəblərdə keçirilən mərasimlərdə şagirdlərə yeni tədris ilində uğurlar arzulanıb, müəllimlərin əməyi yüksək qiymətləndirilib, təhsilin cəmiyyətin inkişafında oynadığı mühüm roldan bəhs olunub.

Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirlərdə iştirak edərək çıxışlar ediblər, məktəbliləri və pedaqoji kollektivi təbrik ediblər. Onlar qeyd ediblər ki, təhsilin keyfiyyətinin artırılması, gənc nəslin bilikli və vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas prioritetlərindəndir.

Çıxış edən şagirdlər gənclərə göstərdiyi diqqət və qayğıya, geniş imkanlar yaratdığına görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirlər çərçivəsində məktəb həyətlərində müxtəlif konsert proqramları, ədəbi-bədii kompozisiyalar təqdim olunub, birinci sinif şagirdləri üçün xüsusi təqdimatlar keçirilib. Bayram ab-havası, valideynlərin və müəllimlərin sevinc dolu baxışları, məktəblilərin həyəcanı və sevinc dolu anları bu əlamətdar günün unudulmaz keçməsini təmin edib.

 

 

Keçidlər