Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Etik davranış qaydaları ilə bağlı 2016-cı  ildə keçirilən tədbirlər

  Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Quluyev Rafiq Çəpərxan oğlu aparatda məsul şəxs etik müvəkkil təyin edilmişdir.
29-04 fevral 2016-cı ildə “ Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin aparıcı məsləhətçisi Muradov Əliağa Vidadi oğlu “Dövlət İdarəçilik Akademiyası”nda keçirilən qısa müddətli ixtisas artırma kursuda iştirak edib.
Etik müvəkkilin iştirakı ilə rayon ərazisində çalışan dövlət qulluqçuları üçün aparatda  2016-ci ilin bütün aylarında “Dövlət qulluqçularının etik davranış qaydaları və onun əhəmiyyətli” mövzusunda geniş müzakirə-seminar aparılmı, dövlət qulluqçuları və vəzifəli şəxslərin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət edilməsinə diqqət yetirilmişdir.
Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 303-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 22 may tarixli 582 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli 021-Q nömrəli qərarı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın 22 fevral 2014-cü il tarixdən qüvvəyə minməsi inzibati vəzifə tutan dövlət qulluqçularının bir daha etik davranış qaydalarına daha ciddi şəkildə əməl edəcəklərinə zəmin yaradır.
Həmçinin  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 367 nömrəli 19.11.2015-ci il tarixli Qərarının Xətai rayon İcra Hakimiyyətində də icrası bir daha  Dövlət qulluqçularının dövlət səviyyəsində etik davranışına nəzarətin güclənməsi deməkdir.
14.03-18.03.2016-c il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunmuş nəzəri-təlim sesiyasında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi iştirak etmişdir.
11.04-11.05.2016-cı il  tarixlərdə rayon İcra Hakimiyyəti Başçısı aparatının “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”nin baş məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən  “Dövlət Qulluğu və təcrübə” proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir.
03 okytabr 2016-cı il tarixdə “Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konversiya”ya əsasən 2006-cı ildə qəbul olunan “Gender bərabərliyinin təminatları haqqında” Qanuna əsasən rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Gender məsələlər üzrə məsul şəxs təyin olunmuş və bu mövzuda aparatda geniş müzakirə-seminarlar aparılmışdır, etik davranışların bir daha ciddi şəkildə əməl edilməsinə toxunulmuşdur.
Dövlət qulluqçularının dövlət səviyyəsində etik davranışına nəzarətin gücləndirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin 04.12.2015-ci il tarixli, 694 saylı Fərmanı bariz nümunədir.
Dövlət qulluqçularının ixtisasartırma üzrə ehtiyaclarını nəzərə alaraq, İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri 02-06 may və 24-28 oktyabr 2016-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının Mərkəzi mülki müdafiə kurslarında iştirak etmişlər.
       Bütün bunlarla yanaşı rayon İcra Hakimiyyəti Başçısının aparatında dövlət qulluqçularının əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi istiqamətində işlər mütəmadi olaraq davam etdirilmiş, təqdimatımıza əsasən uzun müddət  aparatda çalışan “Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsi”nin müdiri Piriyev Əbülfət Haqverdi oğlu  Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-ci il tarixli 1231 nömrəli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
        Xətai rayonu üzrə 2016-ci ildə dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması faktı aşkar edilib qeydə alınmamış və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı heç bir şikayət daxil olmamışdır.

Keçidlər