Home Contact Phone
background
  • Ünvan: Az 1025, Bakı Şəhəri, Xocalı prospekti 41
  • Faks: (+99412) 490-07-06; 490-05-83
  • E-mail: mail@khatai-ih.gov.az

Xəbərlər

  • Azərbaycan Respublikasının Birinci vitse-prezid...

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Xətai rayonunda müşavirə keçirilmişdir

    2017-03-17

    9 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Xətai rayonu üzrə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Xətai rayonu sektorunun müdiri rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər xidmət idarələrinin rəhbərləri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin Xətai rayonu üzrə nümayəndələri iştirak etmişlər.

  • İlaxır çərşənbə və Novruz bayramı münasi...

    İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilir

    2017-03-17

    İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri 17.03.2017-ci il tarixdə rayondakı 3 saylı uşaq evində olublar.

  • XƏTAİ RAYONUNDA "ÖLKƏMİZİ TANIYAQ"...

    XƏTAİ RAYONUNDA "ÖLKƏMİZİ TANIYAQ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TUR-AKSİYANIN İŞTİRAKÇILARININ TƏNTƏNƏLİ YOLASALMA MƏRASİMİ KEÇİRİLDİ

    2017-03-16

    16.03.2017-ci il tarixdə səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.

  • XƏTAİ RAYONUNDA NOVRUZ YARMARKASI FƏALİYYƏTƏ...

    XƏTAİ RAYONUNDA NOVRUZ YARMARKASI FƏALİYYƏTƏ BAŞLADI

    2017-03-16

    Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında bayram yarmarkası fəaliyyətə başlayıb. Səhər saatlarında rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev yarmarkada olublar.

  • “Ölkəmizi tanıyaq” tur aksiya iştirakçıl...

    “Ölkəmizi tanıyaq” tur aksiya iştirakçıları belə qarşılandı

    2017-03-16

    "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Naxçıvandan Bakiya gələn maarifləndirici tur-aksiyanın iştirakçıları Heydər Əliyev Beynəlxalq hava limanında təntənəli mərasimlə qarşılandı. Foyedə onları Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri, paytaxt sakinləri, Aşıq Əli, Aşıq Samirə, “Natiq” ritm qrupu, Xətai rayon Mədəniyyət Mərkəzinin nağaraçılar, folklor və rəqqaslar qrupu, Kosa, Keçəl, Bahar qızı, milli geyimli qızlar və paytaxt sakinləri salamladı.

Foto qalereya