Şriftin ölçüsü :

Saytın rəngi :

“Sətirlərdən ekranlara, ulduzlardan fidanlara yadigar” adlı tədbir keçirildi

23 may 2017 | 11:00

23.05.2017-ci il tarixdə Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin akt zalında Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın milli kinolarının yeniyetmələr arasında geniş təbliğ olunması, həmçinin, teatr sənəti və aktyorluq qabiliyyətlərinin inkişaf etdirmək məqsədi ilə “Sətirlərdən ekranlara, Ulduzlardan fidanlara yadigar” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Sevda Qocayeva, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Azərbaycanın xalq artisti Həmidə Ömərova və digər qonaqlar  tədbirin əhəmiyyətindən söhbət açıb, yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, incəsənətimizə hörmət, ehtiram ruhunda tərbiyəsinin vacibliyini vurgulayıblar.

Tədbir çərçivəsində şagirdlərin ifasında milli kino və teatrlarımızdan müxtəlif maraqlı, yaddaqalan səhciklər nümayiş etdirilib.

Keçidlər