Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA DAHA BİR İSTİRAHƏT PARKININ SALINMASI İŞLƏRİNƏ BAŞLANILDI

25 may 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonları kimi Xətai rayonu da gündən-günə yeniləşir, abadlaşır.

25 may  2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, rayon MKTB, xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərin iştirakı ilə Qədir Məmmədov küçəsi 7-9 ünvanlarında olub, ərazidə təmizlik-abadlıq işlərinin  gedişi ilə maraqlanıb, sakinlərlə görüşüb.

 Ərazidə yaşayan bina sakinləri ilə görüşən cənab Razim Məmmədov, onların qayğıları ilə də maraqlanıb.  Bina sakinlərinin ümumi narazılığını və ətrafda mövcud olan antisanitar vəziyyəti nəzərə alaraq qeyri-qanuni zəbt edilərək çəpərlənmiş sahələrdə çəpərlər və yararsız tikililər  sökülüb, həmin ərazilər məişət tullantılarından təmizlənib. Ayrı-ayrı şəxslər tərəfindən quraşdırılmış primitiv köşklər, müxtəlif ölçülü dəmir qarajlar ləğv olunub, onların yanına yığılmış məişət avadanlıqları və tullantıları götürülüb. Sakinlərin suallarına müvafiq izahatlar verən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonları kimi Xətai rayonu da gündən-günə yeniləşir, abadlaşır.  Bu işlərin daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun həyata keçirilməsi üçün Xətai rayonunda mütamadi olaraq abadlıq –təmizlik, yenidənqurma işləri həyata keçirilir. Həmçinin, bu gün bu ərazinin təmizlənməsi işləri başa çatdıqdan  sonra burada da əhalinin rahat istirahətini təmin etmək məqsədilə   park salınması  nəzərdə tutulur.

Sakinlər verilən izahatlardan razı qaldıqlarını bildirib,  göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə  minnətdarlıq ediblər.

Təmizlik işləri çərçivəsində qurumuş ağacların  ərazidən götürülməsi, qoca ağacların budanması işləri də həyata keçirilib.Hazırda ərazidə  texnikalar işləyir, abadlıq-təmizlik  işləri davam etdirilir.  

 

Keçidlər