Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 147 saylı texniki-humanitar liseydə insan hüquqları aylığı çərçivəsində tədbir keçirilib

02 iyun 2017 | 21:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə "İnsan Hüquqları günü" kimi qeyd olunur. Hər il olduğu kimi, bu il də mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan Hüquqları Aylığı" elan edilib. Bu aylıq çərçıvəsində rayon ərazisindəki 147 saylı texniki-humanitar liseydə   "İnsan Hüquqları Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb. Tədbirdə məktəbin direktoru Arif Əsədov, rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi İnal Heydərli, Bakı şəhər Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri Fidan Aslanova, Nuru İmanov,    müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirin məqsədi şagirdləri insan hüquqlarının mahiyyətinin və məzmununun açıqlanmasına, bu hüquqların müasir dövrdə əhəmiyyəti və tətbiqi barədə nəticələr çıxarmağa yönəltmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini sübut etməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.

Tədbirdə insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularda çıxışlar edilib.

 

Keçidlər