Şriftin ölçüsü :

Saytın rəngi :

Son zəng yeni həyata qapı açır

14 iyun 2017 | 11:00

Ölkəmizin bütün orta təhsil ocaqlarında olduğu kimi, Xətai rayonunun orta ümumtəhsil məktəblərində də təhsil ilinin başa çatmasdını bildirən son zəng çalındı. Minlərlə məzun son dəfə məktəbli paltarında 11 il dərs aldıqları təhsil ocaqlarına əlivida deməyə, müəllimlərinə minnətdarlıqlarını bildirməyə  gəlmişdilər.

Xətai rayonundakı Zəkalar liseyində  tədbirin rəsmi hissəsinin açılışından sonra 11 il qayğılarını çəkdiyi məzunlarına vida sözünü söyləmək tribunaya çıxan  Zəkalar liseyinin direktoru  Aygün Əhmədli bildirib:-Bu gün bizim həyatımızda hər tədris ilinin sonunda təkrarlanır. Amma siz məzunların həyatında bu bir dəfə olur. Biz müəllimlər təhsildə nəyi bacardıqsa  sizə öyrətməyə çalışdıq. Ali məktəblərə qəbul imtahanlarında qazanacağınız uğurlar və nəticələr sonda bizim zəhmətimizin ən obyektiv qiyməti olacaq.

Çıxış edən  rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva  qeyd etdi ki, məktəblilərin qarşısında duran ən vacib məsələ orta məktəbdə yüksək nəticələr göstərmək, elmi biliklərin əsaslarına dərindən yiyələnmək və yüksək bal toplamaqla ali məktəblərə qəbul olmaqdır. Ölkə rəhbəri tərəfindən bunun üçün respublikanın orta ümumtəhsil məktəblərində hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin səyi ilə ən müasir standartlarla tikilən və təmir olunan, ən yeni texnologiylarla təmin edilən məktəblərimizdə təhsilin yüksək səviyyədə təşkili artıq ötən illərdə öz uğurlu nəticələri ilə təsdiqini tapmışdır. Şübhəsiz yüksək hazırlıqlı məzunların yetişdirilməsində müəllimlərin üzərinə də çox məsul vəzifələr düşür. J.Abdıyeva qeyd etdi ki, yüksək ali təhsil müstəqil Azərbaycanın gələcək inkişafının təminatına zəmanət verən prioritet sahələrdən biri olmaqla yanaşı, həm də sosial-mədəni həyatımızın zənginləşməsinə çox mühüm töhfələr verir. Məhz buna görə ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Azərbaycanda təhsilin bütün pillələlərdə inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu strateji xətt ulu öndərin varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına cavab olaraq yeni keyfiyyətdə daha böyük uğurla davam etdirilir. Təkcə bir fakt –ölkədə son 14 ildə 3500-dən yuxarı müasir məktəb binasının tikintisi və tam əsaslı təmiri buna parlaq sübutdur. Son onillikdə strateji sahə olan təhsilin inkişafındakı uğurların əldə edilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  da misilsiz xidmətləri olduğunu qeyd edən  J.Abdıyeva bildirdi ki, bu illər ərzində görülən işlər Xətai rayonunda da təhsil sahəsində böyük uğurlar qazanmağa imkan vermişdir. Təkcə nəzər salsaq görərik ki,  2015-2016-cı tədris ilində rayonun  37 məktəbində təhsil alan 2628 məzundan 1602-si tələbə adı qazanmağa nail olmuşdur. Bütövlükdə Xətai rayonu üzrə ali məktəblərə qəbul 70 faiz təşkil etmişdir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən hesab edilirdi. Ancaq bu bir tarix idi və bu gün yeni bir tarix yazmaq lazımdır. Bu il rayonumuzun orta ümumtəhsil məktəblərini 2612 məzun bitirir. Güman edirəm və artıq ilk qəbul imtahanlarının  nəticələri göstərir ki, bu il sevindirici nailiyyətlərimiz ötən ilkindən daha çox olacaq.

         Məzun Altay İsmayılov məktəbi yeni tədris ilinin birincilərinə tapşıraraq, rəmzi açarı onuncular içində yüksək nəticələrilə seçilən Aytəkin Paşayevaya təqdim etdi. Məzun başı üzərinə qaldırdığı birinci sinif şagirdi son zəngi səsləndirdi. Bu zəng həm də minlərlə məzunu müstəqil həyata qapı açmağa cağıran ilk zəng oldu.

  

Keçidlər