Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

23 iyun 2017 | 21:00
İyunun 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitaxanasında 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiksiz gələcək naminə”  adlı tədbir keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Polis İdarəsinin əməkdaşı mayor Anar Rustəmov, Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetində həkim–narkoloq, yazıçı Asif Kəngərli, Laçın rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Arzu Məhərrəmova, Xətai rayon  məktəbliləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-in baş kitabxanaçısı Gülzadə Quliyeva narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişdir.

Xətai Rayon İcra Hakimiyyəti İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov ölkəmizdə və həmçinin Xətai rayonunda həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin, bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.

”Bəla”,”Şər suyu”,”Zəhrimar” kimi əsərlərin müəllifi həkim-narkoloq Asif Kəngərli narkotik qəbul edən adamın təkcə özünü deyil, həmçinin onun ailə üzvlərini uçuruma aparmağından danışdı.

Sonda Xətai rayon MKS-in direktoru Oruc Quliyev çıxışı zamanı son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, narkomaniya ilə mübarizə istiqamətində Xətai  rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində  çoxsaylı tədbirlərin həyata  keçirildiyi vurğuladı.

Tədbir zamanı Narkomaniya ilə mübarizə mövzusunda maarifləndirmə məqsəi ilə hazırlanmış video-çarx nümayiş olundu və məktəblilərin iştirakı ilə  Asif Kəngərlinin “Bəla” , “Şər suyu” pyeslərindən parçalar göstərildi.

 

Keçidlər