Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbirlər davam edir

01 avqust 2017 | 11:00

Avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Xətai rayon İcra Hakimiyyətinin və Xətai rayonu “Əhmədli qəsəbə məscidi” dini icmasının birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif MusayevSamir Yoldaşov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və axundu Murad Cəfərov, Əhmədli bələdiyyə sədri Pərviz Quliyev, Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini Mehman Allahverdiyev, Keşlə qəsəbəsi “Şah Abbas Cümə məscidi”nin axundu Sirac Səfərov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri Murad Cəfərov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. V.Musayev  çıxışında bildirib ki, İslam dini insanları sülhə, həmrəyliyə və humanizmə dəvət edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov da öz növbəsində multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından söz açıb.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. Belə tədbirlərin də təşkil olunmasında əsas məqsəd dövlət – din münasibətləri çərçivəsində maarifləndirmə işinin təşkili, yeniyetmələrin, gənclərin qeyri-ənənəvi, radikal dini istiqamətlərə meyllənməsinin qarşısının alınmasını, toleranntlıq və yüksək islami dəyərlərin təbliğinin təmin edilməsidir.

Daha sonra Əhmədli bələdiyyə sədri Pərviz Quliyevin, Keşlə qəsəbəsi “Şah Abbas Cümə məscidi”nin axundu Sirac Səfərovun və ziyalıların “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusu ətrafında maraqlı çıxışları dinlənildi   suallara cavab verildi.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər