Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA RAYON İCRA HAKIMIYYƏTİ BAŞÇISI YANINDA ŞURANIN GENIŞ TƏRKIBDƏ İCLASI KEÇİRİLDİ

09 avqust 2017 | 11:00

9 avqust 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun sədrliyi ilə İcra Başçısı yanında Şuranın geniş tərkibdə iclası  keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil Kommunal İstismar Sahələrinin,  sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Müşavirədə əsasən kütləvi informasiya vasitələrində və internet  resurslarında , o cümlədən sosial şəbəkələrdə fəaliyyət müzakirə olunmuşdur.  Bildirilmişdir ki,  hər bir  təşkilat, müəssisə kütləvi informasiya vasitələrinə məlumat verərkən diqqətli olmalıdır. ”Dövlət sirri haqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri hesab olunan, eyni zamanda hərbi sahədə olkəmizin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet  resurslarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağan olunur. Ona görə də hər hansı bir məlumat verilərkən diqqətli olmaq lazımdı. Eləcə də, butun sahələr üzrə rayon ərazisində abadlıq-quruculuq, yenidənqurma işləri, sosial-iqtisadi, tikinti-məişət işləri sahəsində həyata keçirilən müxtəlif layihələr, təhsil, səhiyyə və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərlə və s. bağlı KİV-lərə verilən məlumatlar, sosial şəbəkələrdə paylaşmalar mütəxəssislər və o sahədə konkret məlumatı olan məsul şəxslər tərəfindən verilməlidir.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tərəfindən işçilərin dövlət qulluqçusunun etik davranış normalarına ciddi riayət olunması, vətəndaşların şikayət və müraciətlərinə həssaslıqla yanaşılmasına diqqətiin daha da artırılması tapşırıldı.

Rayon İcra Hakimiyyətində keçirilən qəbullarda, səyyar qəbullarda müraciətlər yerində araşdırılmalı, operativ qərarlar qəbul edilməli, tədbirlər görülməlidir. Xidmət sahələri də, bələdiyyə orqanları da dövlət müəssisələri ilə sıx əlaqədə işləməlidir.

Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər ərazilərinə nəzarəti gücləndirməli, ərazinin sanitar təmizliyinə, qeyri-qanuni küçə ticarəti ilə mübarizəyə, xüsusən də, ərazilərdə müxtəlif iş adamları, vətəndaşlar tərəfindən qanunsuz ağac kəsimlərinin qarşısı ciddi şəkildə alınmalıdır.

 

 

Keçidlər