Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Şəhidlər parkı Neapol dairəsində yerləşir. Bəzi KİV-lərdə gedən yanlış məlumatlar təssüf doğurur

11 avqust 2017 | 11:00

      Xətai rayonunda bütün imtiyazlı ailələr, eləcə də, şəhid ailələrinə qayğı həmişə diqqət mərkəzində saxlanılır, qaldırdıqları problemlərə həssaslıqla yanaşılır, həllinə mümkün köməkliklər göstərilir.

      Lakin, bəzi kütləvi informasiya vasitələrində, internet resurslarında yoxlanılmamış, qeyri-obyektiv məlumatların yayılması təəssüf hissi doğurur.
      Belə ki, 09.08.2017-ci il tarixdə bəzi internet saytlarında  dərc olunan “Xətaidə şəhid parkında büstü dağıdıb yerində pivəxana açdılar” adlı xəbərlər yayılmış, bu xəbərlərdə bir sıra yanlışlıqlara yol verilmişdir.
Doğrudur əslində materialda şəhid Rəşid Bağırovun övladına öz qohumları tərəfindən edilən haqsızlıqdan söz açılır. Xətai rayon İcra Hakimiyyəti ilə bağlı isə bəzi yanlışlıqlara yol verilir.
       Bildiririk ki, Şəhid adlarının əbədiləşdirilməsi müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və digər hüquqi sənədlərlə tənzimlənir. O cümlədən, şəhid adının əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.08.1999-cu il tarixli 139 saylı qərarına əsasən, iki dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəhidlərin büstü qoyulur. Şəhid Rəşid Bağırovun adının əbədiləşdirilməsi ilə əlaqədar NZS yaşayış sahəsində  “İdmançı” küçəsinin adı dəyişdirilərək“Rəşid Bağırov küçəsi” adlandırılmış lakin həmin ərazidə  rayon İcra Hakimiyyəti tərəfindən hər hansı şəhid  parkının tikintisi üçün yer ayrılmamışdır.
Məlumat üçün bildiririk ki, Xətai rayonuna aid olan şəhidlər parkı Əhmədli qəsəbəsində Neapol dairəsində yerləşir və 90-cı illərin əvvəllərində salınmış park  2015-ci ildə rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmişdir.

 

 

Keçidlər