Şriftin ölçüsü :

Saytın rəngi :

Müasirləşən Xətai rayonu

05 noyabr 2018 | 11:00

     Bakının əhali sayına görə ən böyük rayonu sayılan Xətai rayonunda hər il olduğu kimi bu il də bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Dövlət başçısının tapşırığı əsasında əhalinin mənzil şəraitin yaxşılaşdırlması, yol infrastrukturun təkmilləşdiirlməsi, yeni iş yerlərinin yaradılması görülən işlərin əsas tərkib hissəsidir.
Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunan yüksək dinamikaya uyğun olaraq, Xətai rayonunda da quruculuq-abadlıq işlərinin genişlənməsində, yeni iş yerlərinin yaradılmasında, önəmli sosial layihələrin sürətlə reallaşdırılmasında uğurlar qazanılıb. Bunun nəticəsi olaraq bu gün Xətai rayonu öz gözəlliyi, səliqə- səhmanı ilə paytaxtımızın rəngarəngliyinə xüsusi çalarlar qatır. Əvvəllər “Qara şəhər” kimi tanınan bu ərazilər indi sözün əsl mənasında ağ məkana çevrilib. Abad yollar, yeni-yeni gözəl park, istirahət məkanları, müasir təhsil, səhiyyə, mədəniyyət ocaqları, yeni infrastruktur obyektləri, milli-mənəvi dəyərlərimizi özündə yaşadan ziyarətgahların yeni görkəmi hər kəsi, o cümlədən, rayon sakinlərini çox sevindirir.
    Rayonda görülən layihələr sırasında Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirənin qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə həsr edilməsi isə dövlətimizin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğını bir daha əks etdirir. Xətai rayon ərazisində işğal olunan bölgələrdən 6213 ailə məskunlaşıb.  213 ailə- 777 nəfər  dövlət tərəfindən yeni mənzillərə köçürülüb. "Ağ şəhər"də söküntü işləri və əhalinin köçürülməsi başa çatmaq üzrədir.
Yol infrastrukturunun təkmilləşdirilməsi, tixacların aradan qaldırılması, piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rayonun bir sıra küçə və prospektləri yollar yenidən qurulur. Məhəllədaxilli yolların bərpası və yenidən qurulması işlərinə də xüsusi önəm verilir. Əhalinin gediş-gəlişini təmin etmək məqsədilə yollar genişləndirilir, məhəllədaxili yollara isə yeni asfalt örtüyü, səkilər salınır.
     Diqqət çəkən məqamlardan biri də odur ki, rayon sakinlərinin asudə vaxtlarının, istirahətinin daha səmərəli təşkil olunması məqsədilə son illərdə rayonun yaşayış məhəllələrində salınan 77 nümunəvi həyətdə bir sıra yenidənqurma işləri aparılıb. Yaşayış evlərinin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılması görülən işlər sırasındadır. Dövlət Proqramı və digər investisiya proqramları əsasında məktəblər, uşaq bağçaları və səhiyyə ocaqları əsaslı təmir olunur və ya yenidən tikilir. 
     Prezident İlham Əliyevin ölkəyə xarici investorların cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən,  işlər davam etdirilir. Onu da deyək ki, son illər ərzində Xətai rayonunda bir sıra dövlət proqramları, həçminin Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox layihələr  gerçəkləşib, minlərlə yeni iş yerləri  açılıb.

Keçidlər