Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib

14 avqust 2017 | 11:00

     Xətai rayonunda təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  iməciliklərin keçirilməsi ənənəvi hal alıb.
   12.08.2017-cı il tarixdə Xətai rayonu ərazisində Gəncə prospekti boyunca, X.Məmmədov, Sadıqcan, G.Şıxlinski, G.Mehmandarov, M.Hadi, İ.İsmayılov küçələrində  iməciliklər keçirilib. İməcilikdə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri ilə yanaşı, rayonun bələdiyyələri, həmçinin rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatları  fəal iştirak ediblər. İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib,  suvarılıb, çəmənliklərə gübrə verilib. Bütün Mənzil Kommunal İstismar Sahələri tərəfindən ərazilərdə olan parklar və otluq sahələr baş verə biləcək   yanğın hadisələrinin qarşısını almaq üçün quru ot və alaqlardan təmizlənib.
     İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
    Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə maarifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.

Keçidlər