Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR

28 avqust 2017 | 11:00

     28 avqust 2017-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri  iştirak edib.
    Qəbulda ümumilikdə 16 vətəndaş iştirak etmişdir. Vətəndaşlar tərəfindən əsasən, sosial və  kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.
     Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

Keçidlər