Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Milli Musiqi günü qeyd edilib

18 sentyabr 2017 | 11:00

       18 sentyabr 2017-ci il tarixdə “Milli musiqi günü” münasibətilə Xətai rayonunun bütün uşaq musiqi və incəsənət məktəblərində, o cümlədən, S.Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbində tədbir keçirilib.    
   Tədbirdə öncə məktəbin direktoru Tofiq Salmanov məlumat verərək bildirib ki, Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü ölkəmizdə Milli Musiqi günü kimi qeyd edilir. Bu bayram bütün musiqisevərlərin bayramıdır. 13 saylı uşaq musiqi məktəbi rayonumuzun, Bakı şəhərinin bütün mədəni-kütləvi tədbirlərində fəal iştirak edir, öz musiqi töhvələrini verir. Ən böyük nailiyyətlərdən biri də bir müddət əvvəl Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Festivalında məktəbin tələbəsi Almaxanım Əhmədovanın müsabiqənin ən yüksək mükafatına “Qran Pri” mükafatına layiq görülməsidir.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Milli Musiqi günü münasibətilə bütün musiqisevərləri rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib. Bildirib ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə diqqət və qayğı həmişə Ulu Öndərimiz Heydər Əliyevin diqqət mərkəzində olub. Bu böyük insan həmişə görgəmli sənətkarlara, xalqımızın musiqi mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğl ilə yanaşıb, onun inkişafına çalışıb. Bu gün də bu ənənə dövlət başçımız cənab İlham Əliyev tərəfindən, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məhz Mehriban xanımın gərgin əməyi və səyləri nəticəsində mədəniyyət və incəsənətimiz bir sıra beynəlxalq statuslar alıb. Dahi Üzeyir Hacıbəyov isə təkcə Azərbaycanın deyil, dünya musiqi mədəniyyətinə böyük töhfələr bəxş edib.
Qeyd olunub ki, dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub, görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar.
       Daha sonra tədbir çərçivəsində musiqi məktəbinin kollektivi öz rəngarəng musiqi nömrələrini nümayiş etdirib.

 

Keçidlər