Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olundu

21 sentyabr 2017 | 11:00

     Xətai rayonunda 261 nömrəli məktəbdə, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, idman və hərbi hazırlıq müəllimlərinin, iştirakı ilə iclas keçirildi.
    Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları  Zemfira Əmirbəyova, Tural Əhmədli,  Mamed Rzayev və digərlərinin iştirakı ilə təşkil olunan iclasda növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olundu. Həmçinin, növbəti tədris ilində keçiriləcək “Şahin” hərbi-idman oyunları müzakirə edilərək qeyd olundu ki, Xətai rayonunun komandası növbəti oyunlarda daha yüksək nəticə əldə edə bilməsi  üçün, çox çalışmalı və onlara olan ümidləri doğrultmalıdırlar.
     Sonda ikinci yarım ildə nəzərdə tutulmuş tədbirlər planı barəsində müəllimlərin  fikirləri dinlənərək yekun qərar qəbul edildi.

Keçidlər