Şriftin ölçüsü :

Saytın rəngi :

Neapol - Bakı şəhərlərinin qardaşlaşmasının 45 illiyinə həsr olunmuş tədbir keçirilib

27 sentyabr 2017 | 11:00

“Azərkitab kitab təbliğatı Mərkəzində” İtaliya - Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi, iqtisadi əlaqələrin 20 illiyi və Neapol - Bakı şəhərlərinin qardaşlaşmasının 45 illiyinə həsr olunmuş tədbir keçirilib.

  "Qafqazinfo" xəbər verir ki, Azərkitab və Neapol - Bakı Asossasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə İtaliyanın Azərbaycandakı səfirinin 1-ci müavini cənab Umberto Boeri, Neapol- Bakı Asossasiyasının prezidenti Cüzeppe Kaniqliya, BMT-nin qaçqınlar üzrə ali komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Furio De Angelis, İtalıyanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, İtaliya ilə sıx təmasda olan yerli iş adamları iştirak ediblər.

  Neapol - Bakı Asossasiyasının həmsədri Elnur Camalxanov İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə bu münasibətlərin daha da gücləndiyini vurğuladı. Bildirib ki, Ümummilli liderin 1997-ci il 24-27 sentyabr tarixlərində İtaliyaya ilk rəsmi səfəriylə əsaslı iqtisadi əlaqələrin təməli qoyulub. Daha sonra italyan dilində nümayiş etdirilən müstəqilliyimizə həsr olunan sənədli filmdə Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı kimi təqdim olunub.

  Tədbirdə Neapol-Bakı qardaşlığına aid, eləcə də “Qafqazdan Apenninə” sənədli filmləri göstərilib. Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlayhiyyətli səfirinin birinci müavini cənab Umberto Boeri, İtaliya Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq həddinə çatdığını bildirdi. Diplomat Neapol- Bakı Asossasiyasının ölkələrimiz arasında dostluq və işguzar əlaqələrin genişləndirməsində gördüyü işləri təqdirəlayiq hesab edir. Sonda  Neapol- Bakı Asossasiyasının həmsədri Elnur Camalxanov İtaliyanın Azərbaycandakı səfiri Aqusto Massari və Xətai Rayonun icra başçısı Razim Məmmədova çatdırmaq üçün hər iki təşkilatın nümayəndələrinə, eləcə də “Azərkitab kitab  təbliğatı Mərkəzin”nin layihə rəhbəri Sabir Həsənova Assosasiyanın xüsusi medallarını təqdim etdi.

 

Keçidlər