Şriftin ölçüsü :

Saytın rəngi :

“Poliatlon” çoxnövçülüyü üzrə Xətai rayon bitinciliyi keçirilmişdir

05 oktyabr 2017 | 11:00

      2-5 oktyabr 2017-ci tarixlərində “Vətənin müdafiəsinə hazıram” devizli “Poliatlon” çoxnövçülüyü üzrə Xətai rayon bitinciliyi keçirilmişdir.

     Gəncləri ordu sıralarına hərbi xidmətə hazırlamaq, onları vətənə məhəbbət ruhunda tərbiyyə etmək məqsədi daşıyan yarışda 19 məktəb komandası iştirak etmişdir.

     Yekun nəticələrə əsasən 263 №-li tam orta məktəbin komandası I yeri, 17 №-li tam orta məktəbin komandası II yeri 245 №-li tam orta məktəbin komandası isə III yeri tutmuşdur.

    Qalib gələn komandalara rayon İcra Hakimiyyəti və i Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri verilmişdir.

Keçidlər