Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Mini futbol” turniri keçirilmişdir

17 oktyabr 2017 | 11:00

   16 oktyabr 2017-ci il tarixdə 264 nömrəli orta məktəbin stadionunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Mini futbol” turnirinin final oyunları keçirilmişdir.
      Turnirdə ümumilikdə 26 komanda iştirak etmişdir. Yarışın yekun nəticələrinə görə 245 nömrəli  məktəbin komandası I yeri, Heydər Əliyev adına Liseyin komandası II yeri, 165 nömrəli məktəbin komandası III yeri tutmuşdur.
       Mükafatlandırma mərasimində Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının aparat rəhbəri Mail Kərimov və rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev də iştirak etmişlər.
        Qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. 

Keçidlər