Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon ümumtəhsil məktəbləri arasında “Vətənimin tarixi” adlı bilik yarışması keçirilmişdir

19 oktyabr 2017 | 11:00

   Yeniyetmə və gənclərin intellektual səviyyəsi, dünyagörüşünün artırılması, onların Azərbaycan tarixi sahəsində biliklərinin inkişaf etdirilməsi məqsədi ilə Xətai rayonunun 263 nömrəli tam orta məktəbində rayon ümumtəhsil məktəb şagirdləri arasında “Vətənimin tarixi” adlı bilik yarışması keçirilmişdir.
   Yarışda 263 nömrəli  tam orta məktəbin şagirdi Hüseynov İsmayıl birinci  yeri, 55 nömrəli  tam orta məktəbin şagirdi Nəsibzadə Qaya II yeri, 147 nömrəli tam orta məktəbin şagirdi Əmənov Sadiq III yeri tutmuşlar.
   Qaliblərə Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər