Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilmişdir

24 oktyabr 2017 | 11:00

   Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  rayon İcra Hakimiyyəti Aparatının məsul işçilərinin  iştirakı ilə  keçirilən görüşdə   “Ağ şəhər” layihəsi çərçivəsində “Turşu küçəsi” adlandırılan ərazidə  əhalinin köçürülməsi, söküntü və sökülən evlərə kompensasiyaların verilməsi  işləri ilə əlaqədar dəfələrlə həmin ərazidə yaşayan sakinlərlə birgə və fərdi qaydada rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş vətəndaş Svetlana Əhmədovanı növbəti dəfə qəbul etmişdir.
   Qəbul zamanı vətəndaş Svetlana Əhmədova bir daha ona ayrılan kompensasiyanın az olmasından narazılıq etdi və bildirmişdir ki, əsas tələbi “Ağ şəhər”in ərazisində tikilmiş binalarda dörd otaqlı mənzillə təmin olunmaqdır. Vətəndaşa bildirilmişdir ki, o, ona məxsus ərazidə süni  şəkildə artırdığı  əlavə tikililəri - köməkçi və təsərrüfat sahələrinin də yaşayış sahəsi kimi hesablanmasını istəyir. Bu isə mövcud qanunvericiliyə və normativ qaydalara ziddir. Çünki həmin ərazidə yerləşən evlərin qiymətləndirilməsi müstəqil qiymətləndirmə şirkəti tərəfindən aparılmışdır.
    Eləcə də, Svetlana Əhmədovanın nəzərinə çatdırılmışdır ki, digər sahələrdə olduğu kimi, “Ağ şəhər”  layihəsi də  dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir və onun tövsiyyələrinə uyğun olaraq bu və ya digər məsələlərin həllində bütün vətəndaşların qaldırdıqları problemlərə həssaslıqla yanaşılır,  qanunlar və normalar çərçivəsində onların mənafeyi əsas götürülür.

Keçidlər