Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik keçirilib

25 oktyabr 2017 | 11:00

     25 oktyabr 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov abadlıq və quruculuq işləri çərçivəsində rayon ərazisində keçirilən növbəti iməcilikdə iştirak etmişdir.
    Əsasən Cavanşir, R.Məmmədov, X.Məmmədov küçələrində aparılan iməcilikdə sakinlər tərəfindən qeyri-qanuni hasarlanmış ərazilərdə çəpərlər sökülüb, mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb,ərazi quru ağaclardan təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib.
     Razim Məmmədov eləcə də, Cavanşir küçəsi 7 ünvanda yerləşən 34 nömrəli Uşaq Musiqi Məktəbində tamamlanmaqda olan əsaslı təmir işlərinin gedişi ilə də maraqlanıb.Məlumat verilib ki, məktəb 1985-ci ildən fəaliyyət göstərir. Məktəbdə 16 ixtisas üzrə 300-ə yaxın şagird təhsil alır və 4 şöbə fəaliyyət göstərir-fortepiano, xalq çalğı alətləri, simli və  nəfəs alətləri, nəzəriyyə. Şöbələr üzrə 77 müəllim çalışır. Məktəbin şagirdləri Respublikamızda keçirilən müsabiqə və festivallarda eləcə də, şəhər və rayon tədbirlərində uğurla çıxış edərək yüksək nailiyyətlər əldə edirlər.

Keçidlər