Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Badminton” turniri keçirilmişdir

30 oktyabr 2017 | 11:00

   Xətai rayonunda  260 nömrəli orta məktəbin idman zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Badminton” turnirinin final oyunları keçirilmişdir.
   Turnirdə hər birində 4 nəfər (3 oğlan, 1 qız) olmaqla ümumilikdə 84 nəfər yeniyetmə və gənc iştirak etmişdir.
Yarışın yekun nəticələrinə görə 260 nömrəli  məktəbin komandası I yeri, 264 nömrəli məktəbin komandası II yeri, 64 nömrəli  məktəbin komandası III yeri tutmuşdur.   
   Mükafatlandırma mərasimində Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının aparat rəhbəri Mail Kərimov, 260 nömrəli məktəbin direktoru Qiyas Quliyev, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov və idman sahəsi üzrə aparıcı məsləhətçi Tural Əhmədli iştirak etmişlər.
 Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər