Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəblərində “Dama” idman növü üzrə rayon birinciliyi keçirilmişdir

30 oktyabr 2017 | 11:00

   Xətai rayon orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanı təbliğ və inkişaf etdirmək, məktəbliləri idmanla aktiv məşğul olmağa cəlb etmək, həmçinin istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə Xətai rayon Dama-Şahmat Klubunda rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Dama” idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

   Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 21 məktəb komandası iştirak etmişdir. Yarışın nəticələrinə görə 269 № li tam orta məktəbin komandası I yeri, 264 nömrəli məktəb-liseyin komandası II yeri, 64 nömrəli tam orta məktəbin komandası III yeri tutmuşdur.
   Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla   mükafatlandırılmışlar. 
   Yarışdın qalibi 269 nömrəli tam orta məktəbin komandası Bakı şəhər birinciliyində iştirak etmək hüququ qazanmışdır.

Keçidlər