Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər çempionatının qalibi olmuş Xətai rayon 263 nömrəli məktəbin komandası mükafatlandırılmışdır

06 noyabr 2017 | 11:00

   6 noyabr 2017-ci il tarixdə payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatının qalibi olmuş Xətai rayonundakı  263 nömrəli məktəbin komandası Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılmışdır.
   Mükaflandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramova, Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova və komanda üzvləri iştirak etmişlər.
   Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

 

Keçidlər