Şriftin ölçüsü :

Saytın rəngi :

Çukurova bələdiyyə birliyinin tərkibində Azərbaycanda səfərdə olan Mersin Böyükşəhər bələdiyyəsinin başqanı Burhanəddin Koçamazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi

07 noyabr 2017 | 11:00

   07.11.2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Çukurova bələdiyyə birliyinin tərkibində Azərbaycanda səfərdə olan Mersin Böyükşəhər bələdiyyəsinin başqanı Burhanəddin Koçamazın başçılıq etdiyi  Mersin Böyükşəhər bələdiyyəsinin idarə rəisləri Mustafa Saçıkara, Hasan Gubaroğlu, Hacı Sefa Tercan, Hikmət Avşar və KİV nümayəndəsi Zəki Sarucandan ibarət nümayəndə heyəti ilə  görüşmüşlər. 
   Görüş zamanı Azərbaycan-Türkiyə dostluğu, Mersin vilayətinin Tarsus şəhəri ilə Xətai rayonunun qardaşlıq münasibətləri müzakirə edilmişdir. Eləcə də, qeyd olunmuşdur ki, ölkə başçılarımız arasında olan bu qardaşlıq münasibətləri xalqlarımız arasında da daim dərinləşir, inkişaf edir. 
   Görüşdə son günlərin ən önəmli hadisəsi Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, bu layihənin strateji əhəmiyyəti, təkcə iki qardaş dövlət üçün deyil, eləcə də, Avropa və Asiya üçün önəmli olması vurgulanmışdır. Bildirilmişdir  ki, Bakıdan başlayan bu yol Qarsadək, Qarsdan isə Mersinədək uzanır.
  Bələdiyyə başqanı Burhanəddin Koçamaz isə növbəti dəfə ikinci vətəni olan Azərbaycana gəlməsindən qürur duyduğunu bildirdi və bu müddət ərzində Bakının və rayonlarının nə qədər dəyişərək gözəlləşdiyinin şahidi olduğunu qeyd etdi. Eləcə də bildirdi ki, bu səfər çərçivəsində onlar bir il öncə azad olunmuş Azərbaycan torpaqlarında-Cocuq Mərcanlı kəndində olmuş, az bir zaman çərçivəsində burada aparılmış abadlıq-quruculuq işləri ilə tanış olmuş, kəndin sakinləri ilə görüşərək söhbət etmişdir.  
   Sonda hər iki tərəf xatirə hədiyyələri təqdim etmişlər.

Keçidlər