Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

07 noyabr 2017 | 11:00

   Xətai rayonunda “Dövlət Bayrağı günü”nə həsr olunmuş tədbirlər davam etdirilib.  Bu münasibətlə rayonun 17, 55, 56, 116, 171, 245, 257, 261, 269 saylı tam orta məktəblərdə, Heydər Əliyev adına liseydə və "Humanitar Fənlər təmayüllü məktəb-liseydə  silsilə tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları iştirak etmişlər.
   Tədbirlərdə dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın  Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olunduğu vurğulanıb. Həmçinin, qeyd olunub ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikamızın hər yerində və ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
  Tədbirlərdə məktəblilərin ifasında  günün mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.

 

Keçidlər