Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında nəzarət gücləndiriləcək

13 noyabr 2017 | 11:00

   Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində Xətai rayonunda Məzahir Rüstəmov küçəsində - “Bakı” kinoteatrının yaxınlığında təşkil olunan Kənd Təsərrüfatı Məhsullarının satış yarmarkasında acınacaqlı vəziyyətin yaranması ilə bağlı məlumatlar yayılmışdır.
     Uzun müddətdir ki, davamlı olaraq hər həftənin şənbə və bazar günləri əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan ərazidə yarmarka təşkil olunur. 
    Təəssüflər olsun ki, dəfələrlə xəbərdarlıq edilsə də, bəzi sahibkarlar yarmarka başa çatdıqdan sonra yararsız meyvə-tərəvəz qalıqlarını, zibil tullantılarını küçəyə, ətrafdakı ağacların dibinə boşaldıb gedirlər.
   Buna baxmayaraq, yarmarka təşkil olunan ərazi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən mütəmadi olaraq zibil tullantlarından təmizlənir, dezinfeksiya olunur  və sakinlərin rahat gediş-gəlişi təmin olunur.
      Hal-hazırda da yarmarkanın təşkil olunduğu ərazidə müvafiq qaydada tədbirlər görülmüş, ərazi zibil tullantılarından tamamilə təmizlənmişdir.  

Keçidlər