Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik təşkil olunub

14 noyabr 2017 | 11:00

   Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb.
   Rayon ərazisində yaşıllıqların salınması ilə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir.
   Bu məqsədlə keçirilən növbəti iməcilik rayonun  Xocalı prospektində, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrində təşkil olunub.

   Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, ağacların dibi bellənib,  müxtəlif gül kolları əkilib. 

Keçidlər