Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Stolüstü tennis” üzrə rayon birinciliyi keçirilmişdir

17 noyabr 2017 | 11:00

   Xətai rayon orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanı təbliğ və inkişaf etdirmək, məktəbliləri idmanla aktiv məşğul olmağa cəlb etmək, həmçinin, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə Heydər Əliyev adına Liseydə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Stolüstü tennis” üzrə rayon birinciliyi keçirilmişdir.
   Yarışın nəticələrinə görə Kaspi Liseyinin komandası I yeri, 257 nömrəli  tam orta məktəbin komandası II yeri, Heydər Əliyev adına Liseyin komandası III yeri tutmuşdur.  
    Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar. 


 

Keçidlər