Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ibtidai sinif şagirdləri arasında “Milli nağıl” müsabiqəsi keçirilib

05 dekabr 2017 | 11:00

   04-05 dekabr 2017-ci il tarixlərdə 257 nömrəli  tam orta məktəbdə Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Xətai rayon orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında “Milli nаğıl” müsаbiqəsi keçirilib.
   Müsabiqədə 1-4-cü sinif şagirdlərinin iştirakı ilə hər bir məktəb komandası tərəfindən 15 dəqiqəlik səhnəciklər nümayiş olunmuşdur.
   Müsabiqənin nəticələrinə görə 261 nömrəli tam orta məktəbin komandası I yeri, 98, 116, 194, 221, 263 nömrəli tam orta məktəblərin komandaları II yeri, 17, 64, 257, 265 nömrəli tam orta məktəblərin komandaları isə III yeri tutmuşdur. 

   Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.

Keçidlər